Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi AÇIQLANDI

 13:47 14.06.2022     373

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının tarixi məlum olub.

Redaktor.az xəbər verir ki, toplantının iyunun 17-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisinin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.