Lavrov Azərbaycana gələcək

 14:02 15.06.2022     340

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana səfər edəcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinqdə bildirib.

XİN sözçüsü deyib ki, Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

T.İSMAYIL