ABŞ dövlət katibinin köməkçisi Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

 14:58 16.06.2022     95

ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Şəhidlər xiyabanını ziyarət edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, K.Donfrid Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib:

“İnancları uğrunda canlarını fəda edən bütün insanları yad edir, münaqişə nəticəsində yaxınlarını itirən ailələrə və dostlarını itirən insanlara başsağlığı veririk”.