Bakıya gələn Venesuela nümayəndə heyətində koronavirus AŞKARLANDI

 14:09 17.06.2022     272

Azərbaycanda səfərdə olan Venesuela Prezidenti Nikolas Maduronun rəhbərlik etdiyi nümayəndə heyətinin bəzi üzvlərində koronavirus (COVID-19) aşkarlanıb.

Redaktor.az xəbər verir ki, rəsmi şəxslərin bir neçəsinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 16-da Azərbaycana işgüzar səfərə gəlib.