Avropa Məhkəməsi Ermənistanla bağlı qərarını gələn il verəcək

 16:30 17.06.2022     127

“Azərbaycan Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi terror aktları ilə bağlı faktları İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərib. Şikayətlərə baxılması ilə bağlı proses təzə başlayıb”.

Redaktor.az xəbər verir ki, bu barədə açıqlamasında Ali Məhkəmə sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O, bildirib ki, tərəflər öz dəlillərini məhkəməyə təqdim ediblər:

"Bizə bu il cavab veriləcəyini və ya qərar qəbul ediləcəyini gözləmirik. Yəqin ki ya gələn il, ya da 2024-cü il ilkin qərar verilə bilər".

Ç.Əsgərov söyləyib ki, Vətən müharibəsindən sonra Azərbaycandan Avropa Məhkəməsinə ümumilikdə 1000-ə yaxın fərdi şikayət göndərilib: "Həmin məsələlərə baxılır. Proses barədə bizə məlumat verilmir. Yəqin ki onlar gözləyirlər dövlət səviyyəsində edilən şikayətlərə baxılsın sonra fərdi şikayətlərə keçiləcək".