Prezidentin köməkçisi İran səfiri ilə müzakirələr apardı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Abbas Musəvi Tvitter hesabında bildirib.
“Bu gün mən Azərbaycan Respublikası Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevlə görüşdüm. Görüşdə iki qonşu ölkənin münasibətləri müzakirə edildi”, - deyə səfir vurğulayıb.