Rusiyanın keçmiş dövlət katibi Bakıda vəfat etdi

 20:16 19.06.2022     343

1991-1992-ci illərdə Rusiyanın dövlət katibi və baş nazirin birinci müavini olmuş Gennadi Burbulis Bakıda 77 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a keçmiş dövlət katibinin qardaşı qızı Yuliya Burbulis məlumat verib.

Gennadi Burbulis 4 avqust 1945-ci ildə anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb,

Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub.

O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.

Vumart və Güvən reklamı Vumart Güvən