Prezidentin köməkçisi Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşdü

 21:45 19.06.2022     122

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əcnəbi səyyahlarla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb.

"Ən çox səyahət edən insanlar" klubunun üzvləri ilə görüşdən, salamlamaqdan məmnunam. Səyyahlar Kəlbəcərdən Şuşaya qədər işğaldan azad edilmiş ərazilərdə olublar, Ermənistanın vandalizminin miqyasının və işğalının dağıntılarının şahidi olublar. Həm də Azərbaycanın yenidənqurma və şəhərsalma sürətinə heyran olublar”, - Hikmət Hacıyev tviter hesabında yazıb.