Ağalı kəndi tezliklə məcburi kökünləri qəbul edəcək - RƏSMİ

 13:35 20.06.2022     413

“Azərbaycan məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını səbirsizliklə gözləyir”.

Redaktor.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsindəki paylaşımda deyilir.

“Bu gün Dünya Qaçqınlar Günü qeyd olunur. Bu gün dünyadakı qaçqınların və məcburi köçkünlərin gücü və sarsılmazlığını yad edirik. Azərbaycan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını səbirsizliklə gözləyir və Qarabağ regionunun tarixində yeni səhifənin açılmasını qeyd edir. Ağalı kəndi tezliklə məcburi kökünləri qəbul edəcək”, - paylaşımda bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən