İlham Əliyev sabah bu ölkəyə səfər edəcək

 17:19 20.06.2022     404

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-i Özbəkistana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat Özbəkistan Prezidentinin rəsmi saytında yerləşdirilib.

İki gün davam edəcək səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti əsasında baş tutacaq.

Səfər zamanı sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiya, turizm və digər istiqamətlər üzrə ikitərəfli sənədlərin imzalanması gözlənilir.