İranlı nazir Azərbaycana gəlir

 12:11 22.06.2022     277

Bu gün İranın idman və gənclər naziri Seyid Həmid Səccadi Azərbaycana səfərə yola düşüb.

Redaktor.az Azərtac-a istinadla xəbər verir ki, iranlı nazir İslam Əməkdaşlıq Təşkilatının gənclər və idman nazirlərinin Daimi Şurasının iclasında iştirak edəcək.

Bununla yanaşı, Seyid Həmid Səccadi bir sıra rəsmi görüşlər də keçirəcək. Görüşlərdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.