"Biz realist olmalıyıq" - Ermənistan Prezidenti müxalifərin Qarabağla bağlı iddialarına son qoydu

 10:50 23.06.2022     518

"Biz realist olmalıyıq. Əgər bəyan edirsənsə, manevr hüququnu itirirsən, biz siyasət və diplomatiyanı populizmdən ayırmağı bacarmalıyıq. 

Redaktor.az “Novosti Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan yerli İctimai Televiziyanın efirində müxalifətin "Qarabağın heç vaxt Azərbaycanın tərkibində ola bilməyəcəyi" tezisi ilə razı olub-olmaması sualına cavab verərkən deyib:

“Ölkəmizə cavabdeh olan, danışıqlar prosesində iştirak edən insanları bu imkandan məhrum etməyə ehtiyac yoxdur. Baş nazir bunu açıq deməyə cəsarət edibsə, bunun nəyi pisdir? Hər şey haqqında ictimaiyyətə danışmaq lazım deyil”.

Eyni zamanda o, Ermənistanda diktaturanın hökm sürməsi, Ermənistanda siyasi məhbusların olması fikri ilə də razılaşmayıb.

“Mən “siyasi məhbus”un nə demək olduğunu, kimin siyasi məhbus olduğunu yaxşı bilirəm. Bilmirəm söhbət nədən gedir. Siyasi məhbus kimdir? Hansı zülmdən danışırıq? Diktatura şəraitində insanlar küçəyə çıxmırlar”, - deyə Ermənistan prezidenti bildirib.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən