Ceyhun Bayramov Lavrovla təkbətək görüşdü

 12:07 24.06.2022     919

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrovun təkbətək görüüb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

C.Bayramov S.Lavrovu nazirliyin önündə qarşılayıb. Daha sonra XİN başçılarının təkbətək görüşü başlayıb.

Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

Qeyd edək ki, S.Lavrov iyunun 23-də Azərbaycana səfərə gəlib.