Azərbaycan, Türkiyə və Qazaxıstan nazirləri Bakı Bəyannaməsini İMZALADI
Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin Bakıda keçirilmiş birinci üçtərəfli görüşü çərçivəsində Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsinin önəmi vurğulanıb.
Redaktor.az xəbər verir ki, görüş çərçivəsində imzalanmış Bakı Bəyannaməsində qeyd olunub ki, nazirlər yeni təklif edilmiş dəhlizlərin tam istismarına ehtiyac olduğunu vurğulayıblar.
Nazirlər Azərbaycan Respublikası, Ermənistan və Rusiya Federasiyası arasında 9/10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapan dəmir yolu və avtomobil dəhlizlərinin yaradılması da daxil olmaqla regionda əlaqəni gücləndirəcək yeni təklif edilmiş dəhlizlərin tam istismarının zəruriliyini bəyan etdilər.
Nazirlər Şərqi Zəngəzur regionu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasını əlaqələndirən dəhlizin inkişafının vacibliyini Orta Dəhlizin perspektiv hissəsi kimi bəyan etdilər”, - deyə sənəddə qeyd olunub.