İsveç 73 terrorçunu Türkiyəyə təhvil verəcək

 18:28 30.06.2022     397

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveçdən qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) 73 üzvünün ekstradisiyası üçün zəmanət alıb.

Redaktor.az xəbər verir ki, Ərdoğan bu haqda Madriddə NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib:

"İsveç terrorçuların ekstradisiyası ilə bağlı söz verdi, onların sayı 73-ə yaxındır. Bizə təminat verildi".

Ərdoğan əlavə edib ki, İsveç və Finlandiya Türkiyə ilə imzaladığı memorandumda qeyd olunmuş öhdəlikləri yerinə yetirməlidir.

Əgər onlar öhdəliklərini yerinə yetirməsələr, Ankara bu ölkələrin NATO-ya üzvlüyü məsələsində veto hüququndan istifadə edəcək.

"Əgər vəd yerinə yetirilməzsə, anlaşma pozular. Əgər terrorçular bizə verilməzsə, ondan sonra bizdən inciməsinlər".