“Türkiyə Azərbaycana ən böyük siyasi dəstəyi göstərən dövlətdir” - Leyla Abdullayeva
“Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Bu münasibətlərin dünyada bənzəri yoxdur”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, Azərbaycan strateji münasibətlərin gələcəkdə inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
“Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərən dövlətdir”, - deyə XİN sözçüsü qeyd edib.












