"Gedişatın nəticəsi antiterror əməliyyatları olacaq" - Tofiq Zülfüqarov

 18:25 12.07.2022     473

"Əminəm ki, gedişatın nəticəsi Azərbaycanın antiterror əməliyyatları keçirməsi ilə başa çatacaq".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov "oxu.az"a müsahibəsində bildirib.

"Erməniləri danışıqlarda çox görmüşəm və onlarla saatlarla vaxt keçirmişəm. Erməni tərəfinin üslubu mənə yaxşı bəllidir. Danışıqlarda nümayiş etdirdikləri mövqe onu göstərir ki, siyasi təmasları ya öz əsas istəkləri ilə bağlamaq, ya da onu hansısa şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq, “sülhsevərliyi” təbliğ etməkdir. Lakin həqiqi istəklər necə var idisə, elə də qalıb. Bəli, onlar hərbi baxımdan çox ağır bir zərbə alıblar, lakin düşünürlər ki, hələ də nəsə edə bilərlər. Ermənistanda siyasi mühit elə formalaşıb ki, aparılan siyasətlə razılaşmayan insanlar izolyasiya olunurlar. Bu qəbildən olan şəxslər sonda Ermənistanı tərk etməyə məcbur qalırlar. Ermənilərin miqrasiya axını onu göstərir ki, əhalinin böyük bir hissəsi siyasətbazların nağıllarına inanmır. Bir sözlə ermənilər ayaqlarla səs verir, yəni qaçmaqla ümumi siyasətdə iştirak edirlər", - o, deyib.

Politoloq qeyd edib ki, hazırda sülh danışıqlarında vasitəçilik prinsipini həyata keçirən tərəflərdən heç biri səmimi görünmür.

"Çünki bu siyasətin adətidir və adı da bəllidir. “Konflikt menecment”, yəni konfliktlə idarəetmə üsulu. Hansısa bölgədə münaqişə yaradıb saxlayırlar və sözügedən münaqişə vasitəsilə həmin yeri idarə edirlər. 30 il ərzində həm Rusiya, həm Qərb öyrəşib ki, bu münaqişə vasitəsilə hər hansı şəkildə Azərbaycana və Ermənistana təsir etsinlər. Problemin hansısa şəkildə qalmasında hər iki tərəf maraqlıdır", - deyə Tofiq Zülfüqarov bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən