İranın ali təhlükəsizlik şurasının katibi Bakıya gəldi

 10:01 15.07.2022     117

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin xüsusi nümayəndəsi və İranın ali təhlükəsizlik şurasının katibi admiral Əli Şəmxani Azərbaycanda səfərdədir.

Redaktor.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, səfər Azərbaycan Mili Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti ilə reallaşıb.

Bildirilib ki, Əli Şəmxani Bakıda Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.