Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ölkədə GÖRÜŞƏCƏK

 18:42 15.07.2022     120

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Tbilisidə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, nazirlər iyulun 16-da Gürcüstan paytaxtında görüşəcək.

Bu, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ilk ikitərəfli görüşüdür.

Bundan əvvəl xarici işlər nazirləri Düşənbədə Rusiya xarici işlər naziri ilə üçtərəfli görüşlər çərçivəsində danışıqlar aparıblar.