Ceyhun Bayramov erməni həmkarı ilə 1 saatdan çox müzakirə apardı

 15:10 16.07.2022     215

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüş başa çatıb.

Redaktor.az xəbər verir ki, XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib.

Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.