Məlahət İbrahimqızı Prezidentin müşavirəsindən yazdı

 10:00 18.07.2022     224

Bildiyimiz kimi bugünlərdə möhtərəm Prezidentimizin rəhbərliyi və iştirakı ilə ilin altı ayının yekunlarına dair müşavirə keçirilibdir. Müşavirədə çox ətraflı nitq söyləyən Respublikamızın Prezidenti cənab İlham Əliyev ölkəmizin daxili və xarici siyasətində baş vermiş hadisələri, görülən işləri yüksək səviyyədə təhlil edərək ölkə ictimaiyyətinə məlumat verdi.

Qeyd etmək istərdim ki, hökümətin vaxtaşırı olaraq gördüyü işlər haqda xalqa hesavat verilməsi artıq ölkəmizdə ənənə halını almışdır. Bunu isə İlham Əliyev dövlət idarəçiliyinin xalq üçün əlçatanlığı və şəffaflığı adlandırmaq olar.

Möhtərəm Prezidentimiz çıxışına diqqət yetirsək çox vacib bir məqamı  dövlətimizin ildən ilə güclənməsində daxili siyasətlə xarici siyasətin vəhdətinin böyük rola malik olduğunun şahidi olarıq. O, dəfələrlə hətta iqtisadiyyatın sürətlə inkişafı və dövlətin iqtisadi imkanlarının inkişafında dövlətimizin beynəlxaql aləmdə əldə etdiyi uğurların böyük rolu olduğunu vurğuladı. Fəxrlə deyə bilərik ki, bu il ölkəmizin xarici siyasəti çox fəal olubdur. Hətta qeyd etmək istərdim ki, bu il ölkəmizin həyatında xarici siyasətdə əldə edilən uğurları çox mühüm addımlar adlandırmaq olar. Məhz buna görə də ölkəmizin beynəlxalq nüfuzu daha da artıbdır. Təkcə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının fəaliyyətində baş verənləri demək yetər ki, Azərbatcan nə qədər böyük işlər görübdür.

Sözsüz ki, möhtərəm cənab Prezidentin  QH-na rəhbərliyi təkcə ölkəmizə deyil, eyni zamanda bu təşkilata nöyük nüfuz qazandırıbdır. Bildiyimiz kimi, Azərbaycanın bu təşkilata uğurlu rəhbərliyi ilə sədrlik müddəti hətta 2023-cü ilə qədər uzadılıbdır. Sözsüz ki, bu  onu göstərir ki, 120 ölkənin üzv olduğu bu təşkilatda ölkəmiz böyük nüfuz qazanmışdır. Azərbaycan məhz Prezidentimizin şəxsində və onun fəaliyyətində  beynəlxslq aləmdə etibarlı və məsuliyyətli dövlət kimi qəbul edilir. Həqiqətən də ölkəmizin sədrliyi dövrdə Qoşulmama Hərəkatının  institusional inkişafına çox  böyük töhfələr verilibdir. Keçən ay Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısının keçirilməsi  və Parlament Şəbəkəsinin yaradılması, yaxın vaxtlarda keçiriləcək QH-nın gənclər platformasının ilk tədbiri bir daha ölkəmizin kürəsəl əməkdaşlığa verdiyi töhfələrdir.

Qeyd etmək istərdim ki, geniş əməkdaşlıq və həmrəylik imkanlarına malik Qoşulmama Hərəkatı əslində ölkəmiz üçün də çöx mühüm platforma və tribunadır. Məhz möhtərəm Prezidentimizin müdrik və uzaqgörən diplomatiyası sayəsində Azərbaycan beynəlxalq arenada əhəmiyyətli rola malikdir. Ötən dövr ərzində bu təşkilata və üzv ölkələrə ölkəmizin verdiyi dəstək, xüsusilə də pandemiya dövründə 80-ə yaxın ölkəyə etdiyimiz humanitar yardım həm beynəlxalq ictimaiyyət, həm də QH tərrəfindən yüksək qiymətləndirilmişdir. Biz bunu 44 günlük Vətən müharibəsi zamanı da şahidi olduq. 

Ümumiyyətlə ölkəmiz üzv olduğu bütün beynəlxalq təşkilatlarla, eləcə də ayrı-ayrı ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqda etibarlılıq, bərabərlik və qarşılıqlı hörmət prinsiplərini əsas tutur. İstər İslam Əməkdaşlıq Təşkilatının, istər Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılır. Yeri gəlmişkən  qeyd etmək lazımdır ki, yaxın vaxtlarda Avropa İttifaqı ilə ölkəmiz arasında çox geniş və çoxşaxəli  yeni sazişin imzalanmasına hazırlıq gedir. Dövlətimizin xarici siyasətində ən mühüh prioritet istiqamətlərdən biri də Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın fəal mövqe göstərməsidir. Bu təşkilat çərçivəsində, Azərbaycan həm üzv ölkələr arasında təmaslar genişlənir. Təkcə bu il içərisində möhtərəm Prezidentimiz cənab İlham Əliyev Türkiyə Prezidenti ilə üç görüşübdür.Qırğızıstan Prezidenti Azərbaycana səfər edib və Dövlətimizin Başçısının Özbəkistana və Türkmənistana səfərləri olubdur. Avqust ayında Qazaxıstan Prezidenti  Azərbaycana səfər edəcəkdir. 

Bütün bunlar türk dövlətləri ilə ölkəmizin əlaqələrini daha da möhkəmləndirir. Sözsüz ki, ölkəmizin xarici siyasətində sərhəd qonşularımızla əlaqələri də əsas prioritetlərdəndir. Dövlətimizin Başçısı Amerika-Azərbaycan münasibətlərinə də toxunaraq əlaqələrin inkişafına toxundu. Həqiqətən də son dönəmlərdə ABŞ-dan yüksək çinli adamların Azərbaycana gəlməsi, ABŞ-ın hazırkı iqtidarının ölkəmizə olan pozitiv münasibəti məhz möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu diplomatiyanın göstəricisidir. Möhtərəm Prezidentimizin müşavirədəki çıxışını oxuduqca və ya dinlədikcə yarım ildə ölkəmizdə həm xarici həm də, daxili siyasətdə nə qədər əzəmətli və əhəmiyyətli işlərin görüldüyünü şahidi oluruq. Sözsüz ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra həm ölkə üzrə, həm Qarabağın dirçəlişi, həm də beynəlxalq aləmdə görülmüş və əldə edilmiş uğurlar hər bir azərbaycanlıda sonsuz qürur hiss yaradır.

Məlahət İbrahimqızı,

Milli Məclisin deputatı