Delimitasiya komissiyalarının görüş vaxtı AÇIQLANDI

 16:15 18.07.2022     179

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət komissiyalarının növbəti iclası avqustda Moskvada keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Hraparak"ın sorğusuna cavab olaraq Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib.

Qeyd olunub ki, görüşün dəqiq tarixi ilə bağlı hələlik yekun razılaşma yoxdur.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın təyin olunub.

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət komissiyalarının ilk görüşü 24 may 2022-ci il tarixində keçirlib.
Azərbaycan və Ermənistan tərəfdən komissiyalara Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik edir (modern.az).