Ceyhun Bayramov NATO Baş katibi ilə görüşdü

 14:50 19.07.2022     493

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, görüş Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun baş qərargahında keçirilib.