“Azərbaycan Avrtopa İttifaqının tərəfdaşıdır” - Jozep Borrell

 18:12 19.07.2022     299

“Azərbaycan Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır. Azərbaycanla əməkdaşlığımız intensivləşir”.

Redaktor.az xəbər verir ki, bunu Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell deyib.

O bildirib ki, Aİ Cənubi Qafqazın dinc və firavan region olmasını dəstəkləyir: “Bu məqsədlə tərəfdaşlarla dialoqun qurulması vacibdir. Aİ ilə Azərbaycan tərəfdaşlardır”.