İsrail səfirindən Təbrizlə bağlı PAYLAŞIM

 20:15 20.07.2022     368

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə paylaşım edib.

Redaktor.az xəbər verir ki, israilli diplomat tviterdədə yazıb:

"Bu yaxınlarda mənə armağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?"

Qeyd edək ki, "Təbrizin sehrli nağılları" dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.

Diplomat izləyicilərinin hazırda hansı kitabı oxuduqları ilə də maraqlanıb.