Azərbaycan Fransaya nota verəcək - FOTO

 16:21 23.07.2022     334

“Fransanın Klermon-Ferrand şəhər meydanında qanunsuz erməni separatçılarının əsgi parçasının asılması ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə nota ünvanlanacaq”.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı Səfirliyindən bildirilib.

Qeyd edilib ki, bundan başqa, prefektura rəhbərliyinə məktub göndərilib və Azərbaycanın ərazi bütövlüyünə qarşı olan, habelə Fransa qanunvericiliyinin pozulması hesab edilən bu addımla bağlı müvafiq araşdırmanın aparılması və açıqlamanın verilməsi tələb olunub.

Qeyd edək ki, Fransanın Klermont-Ferrand şəhərindəki meydanlardan birinə qondarma erməni soyqırımı iddiası ilə “Ermənistan” adı verilib. 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

ATƏT-in Minsk qrupunun həmsədri olan ölkədə keçirilən tədbirdə qondarma Xankəndidəki erməni separatçılarının əsgi parçasının dalğalandırıldığı da qeyd olunub (oxu.az).