Əliyev-Paşinyan görüşü üçün danışıqlar aparılır
Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışıqlar aparılır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının rəhbəri Eduard Ağacanyan yerli jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi üçün danışıqlar aparılır, lakin konkret tarixi deyə bilmərəm”, - Ağacanyan vurğulayıb.













