Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri toplaşdı

 14:30 26.07.2022     303

Qırğızıstan Prezidenti Sadır Japarov türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib.

Redaktor.az xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Samir İsmayılov da iştirak edib. 

S.Japarovun sözlərinə görə, iclasda iştirak edən ölkələrin xüsusi xidmət orqanları arasında sıx əməkdaşlıq təhlükəsizliyi gücləndirəcək və beynəlxalq terrorizm, radikalizm və digər qlobal problemlərlə effektiv mübarizə aparmağa kömək edəcək.

Qeyd edək ki, Türkdilli ölkələrin xüsusi xidmətləri (TÜRKON) Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin xüsusi xidmət orqanları tərəfindən 1998-ci ildə İstanbulda yaradılıb. Özbəkistan isə 2018-ci ildə “TÜRKON”a daxil olub.