Lavrovun xüsusi nümayəndəsi İrəvanda Mirzoyanla görüşdü

 20:48 28.07.2022     332

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub.

Xovayev bundan əvvəl Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.