Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur?

 15:27 29.07.2022     418

“Bir sıra ölkələr, o cümlədən Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusunun alınmasında maraqlıdır”.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

“Müşahidəçi, dialoq üzrə tərəfdaş statusuna hələ də bir sıra iddiaçılar var. Bir sıra ərəb ölkələri, Azərbaycan, bir sıra Asiya ölkələri buna maraq göstərir. Sammitə qədər xarici siyasət idarələri səviyyəsində məsləhətləşmələr davam etdiriləcək. Əminəm ki, biz müvafiq tövsiyələri dövlət başçılarına çatdıra biləcəyik”, - S.Lavrov bildirib.