Kremldən Qarabağdakı gərginliklə bağlı AÇIQLAMA

 15:32 04.08.2022     1039

“Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O, Moskvanın hadisələri çox diqqətlə izlədiyini qeyd edib:

“Tərəfləri təmkinli olmağa, ən əsası məlum üçtərəfli sənədlərin bütün müddəalarına əməl etməyə çağırırıq”, - deyə dövlət başçısının sözçüsü əlavə edib.