Putin Qarabağa görə Təhlükəsizlik Şurasını təcili TOPLADI

 16:10 04.08.2022     1336

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“İclasda Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə edilib. Üçtərəfli müqavilənin bütün müddəalarının yerinə yetirilməsinin zəruriliyi vurğulanıb”, - deyə Peskov məlumat verib.