Xankəndidə Azərbaycan bayrağı - FOTO

 00:28 05.08.2022     1377

Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkov Xankəndi şəhərində erməni ictimaiyyətinin nümayəndələri ilə görüşüb.  

Redaktor.az-ın məlumatına görə, görüşdə iştirak edən Qarabağda yaşayan ermənilər bildiriblər ki, sülhməramlı kontingentin komandanı Andrey Volkov Azərbaycan tərəfinin tələblərini çatdırıb. Volkov deyib ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun tikintisini başa çatdırıb və Ermənistanın da öz hissəsini bir aya təhvil verməsini tələb edir.

General gərginliyin aradan qaldırılması üçün fəaliyyət göstərdiklərini bildirib.

Qeyd edək ki, görüşün keçirildiyi məkanda masanın üstünə Azərbaycan, Rusiya və Ermənistanın dövlət bayraqları qoyulub.

 

 

2