"Dini geyimlərimizi də, başörtümüzü də Azərbaycana xas milli geyim formasında tərtib etməliyik" - Deputat

 00:46 06.08.2022     959

"Aşura mərasiminin Azərbaycan bayrağı ilə keçirilməsi böyük bir irəliləyişdir. Təqdirəlayiq bir addımdır. İdeyanı kimlər düşünübsə, sağlam bir yanaşma ortaya qoyublar. Ritualların da fars üslubunda deyil, Azərbaycan mentallığına uyğun ağayana tərzdə icra olunması təqdirəlayiqdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa Bakıda dindarların keçirdiyi Aşura mərasiminə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, İmam Hüseyn şəhiddir və bütün şəhidlərimizə göstərilən sayğı və üslubda onu yad etmək lazımdır.

"Qalır bir məsələ. O da bu qədər inanclı insanın öz içindən təqlid etməyə ruhani lider seçə bilməməsidir. Azərbaycan dindarı yalnız Azərbaycanda yaşayan, azərbaycanlı olan din xadimininin nüfuzuna tabe olarsa, ölkədə dini siyasi alətə çevirmək, təhlükə olaraq görmək imkansız olacaq. Hətta dini geyimlərimizi də, başörtümüzü də Azərbaycana xas milli geyim formasında tərtib etsək, inanın ki, ölkədə lazımsız məzhəb söhbətləri də gündəmdən çıxmış olar. Dini liderinizi nə İranda, nə Səudiyyədə, nə İraqda, nə də Türkiyədə axtarmazsınız. Müstəqil dövlətdə dini liderlər də müstəqil və əhli-Vətən olmalıdır...", - deyə Fazil Mustafa bildirib.

T.İSMAYIL
 

2