Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalandı

 12:35 10.08.2022     884

Azərbaycan və Əlcəzair Xarici İşlər Nazirliyi arasında iki sənəd imzalanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.

“Bu gün iki sənəd imzalanıb. Biri iki ölkə arasında diplomatik və xidməti pasportların vizadan azad olunması haqqında, digəri isə iki nazirlik arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair sənəd olub”, - XİN başçısı vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən