Azərbaycan və Ermənistan rəsmilərinin görüşü gözlənilir

 14:00 11.08.2022     2110

"Bu ayın (avqust-red) sonuna qədər Azərbaycanla Ermənistan arasında üçtərəfli formatda görüş təşkil olunması planlaşdırılır”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.

"Bununla bağlı tərəflərlə müzakirə aparılır. Üçtərəfli təmaslar nəzərdə tutulub. Bu barədə daha ətraflı məlumat veriləcək. Tərəflər arasında uyğun zamanda görüş təşkil olunacaq”, - Rusiya XİN rəsmisi bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən