İlham Əliyev bu səfirləri geri çağırdı - SİYAHI - YENİLƏNİB

 19:29 19.08.2022     881

Azərbaycanın Argentina, Küveyt və Kubadakı səfirləri geri çağırılıb.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.

Sərəncamlarla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvayda, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

***

Azərbaycanın bəzi ölkələrdəki səfirləri geri çağırılıb.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina və eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bundan əlavə, Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıllıb. Dövlət başçısının digər sərəncamı ilə R. Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Digər sərəncamla Ramin Müzəffər oğlu Həsənov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Daha sonra o, Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.

Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən