Baş nazir qırğız həmkarına başsağlığı verdi

 16:10 22.08.2022     1415

Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetindən Redaktor.az-a verilən məlumata görə, Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının ölməsi və yaralanmasına görə dərindən sarsıldığını bildirib.

Əli Əsədov həyatını itirənlərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.

Vumart və Güvən reklamı Vumart Güvən