Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla DANIŞDI
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Redaktor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı nazirlər cari regional vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə beynəlxalq platformalarda fəaliyyət məsələləri müzakirə edilib.












