Azərbaycan Pakistana yardım edəcək

 16:28 27.08.2022     344

Azərbaycan Pakistana yardım göstərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan itkisi və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə iki milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən