XİN-də Leyla Abdullayevanı o əvəzlədi - FOTO

 09:24 29.08.2022     526

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsində yeni təyinat olub.

Redaktor.az xəbər verir ki,  XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. 

XİN-in yeni sözçüsü bundan öncə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb. 

Qeyd edək ki, 2018-ci ildən XİN-nin mətbuat katibi olan Leyla Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək (modern.az).

 

 

Vumart və Güvən reklamı Vumart Güvən