“Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur” - Erməni deputat

 22:53 01.09.2022     313

Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin oktyabrın 31-də  Brüsseldə keçirilən üçtərəfli toplantının ardından yaydığı yazılı açıqlama Ermənistanda "soyuq duş" effekti yaradıb.

Redaktor.az xəbər verir ki, onun bəyanatda Qarabağdan bir kəlmə danışmaması ermənilərin böyük təşvişə düşməsinə səbəb olub. 

Erməni mediasında yayılan xəbərə görə, sentyabrın 1-də jurnalistlərə müsahibəsində “Ermənistan” blokundan olan deputat Andranik Tevanyan da təsdiq edib.

"Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur",- deyən deputat qeyd edib ki, Avropa İttifaqı Şurası prezidentinin üçtərəfli toplantının ardından yaydığı yazılı açıqlamada hətta “Qarabağ” sözünün özü belə qeyd olunmur.

“Əgər əvvəllər biz Mişelin subyektivliyi nəzərdə tutan “Dağlıq Qarabağ” ifadəsini işlətmədiyi, əvəzində “Qarabağın erməni əhalisi” ifadəsini işlətdiyi, onların hüquq və təhlükəsizlik təminatlarından danışdığı barədə mübahisə edirdiksə, indi heç bu da yoxdur”, - deyə Tevanyan bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən