Azərbaycandan sonra sırada Pakistan və İndoneziyadır - Bayraktar

 15:09 04.09.2022     562

“Azərbaycandan sonra sırada Pakistan və İndoneziya var. “Teknofest” festivalının ölkədən xaricdə keçirilməsini istəyirik”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

“Türkiyənin yalnız öz coğrafiyası deyil, eyni zamanda milli texnologiya hərəkatının bütün dost və qardaş ölkələrdə əks etdirilməsinin və həyata keçirilməsinin lazım olduğunu düşünürük. Azərbaycandan sonra bu ənənəni Pakistan, İndoneziya kimi ölkələrdə davam etdirməyə ümid bəsləyirik”, - deyə Bayraktar vurğulayıb.