ATƏT-in Minsk qrupunun ABŞ üzrə yeni həmsədri Cənubi Qafqaza gələcək

ABŞ-ın Qafqaz danışıqları üzrə yeni baş müşaviri və ATƏT-in Minsk qrupunun ABŞ üzrə yeni həmsədri, səfir Filip Riker bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Qlobal İctimai Əlaqələr Bürosunun müavini Vedant Patel dünən brifinq zamanı deyib.
Patel qeyd edib ki, bu, Rikerin yeni vəzifədə ilk səfəri olacaq.
“Filip Riker bu axşam yola düşəcək və hər üç ölkədə regiondakı əsas məsələləri müzakirə etmək, həmçinin tərəfdaşlara kömək etmək üçün yollar axtarmaq və birbaşa, konstruktiv şəkildə əməkdaşlıq etmək üçün yüksək vəzifəli şəxslərlə görüşəcək”, - deyə Patel əlavə edib.
Həmidə İbrahimova