Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən biridir!

 12:30 10.09.2022     878

Hal-hazırda dünyada baş verən qlobal proseslər, dünyanın müxtəlif hissələrində gedən müharibələr iqtisadi və siyasi çətinliklərin yaranmasına zəmin yaradır. Xüsusi ilə Rusiya-Ukrayna müharibəsi dünya bazarının idxal və ixracatına da təsirlərini göstərməkdədir. Bu cür aktual məsələlərdən biri də dünya bazarlarında mavi yanacağa olan tələbatın durmadan artmasıdır. Belə bir məqamda bir sıra Avropa ölkələrində təbii qaza olan tələbatın artması xüsusilə nəzərə çarpır. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Bu baxımdan qeyd etməliyik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər yaratmışdır. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.

Bu gün Azərbaycan Avropa İttifaqının Azərbaycan qazına olan tələbatı durmadan artır. Pezident cənab İlham Əliyevin sentyabrın 2-də İtaliyaya rəsmi səfəri və səfər çərçivəsində aparılan ikitərəfli görüşlər  ölkəmiz üçün böyük strateji əhəmiyyətə malikdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Bu da ölkəmizin dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Bura yalnız təbii qaz deyil, o cümlədən enerji bazarının digər seqmentləri də daxil olacaq. Bu məsələyə cənab Prezident İlham Əliyev çıxışında xüsusilə toxunaraq qeyd edib ki, “Bərpaolunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir”. Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialının inkişaf etdirilməsi mərhələsindədir. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir. Bu, Azərbaycanın bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında geniş imkanlara sahib olacağının və ciddi oyunçuya çevriləcəyinin əyani göstəricisidir.

Azərbaycan neftq və qaz ehtiyatları baxımından vacib regionlardan biri hesab olunur. Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ildən-ilə artır. Bütün qazanılan müvəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən iqtisadi siyasətinin nəticəsidir. Tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin  Liderliyi və uğurlu siyasəti nəticəsində dünyadakı güclərin balansının hansı istiqamədə və yöndə dəyişəcəyindən asılı olmayaraq, Azərbaycan beynəlxalq siyasi münasibətlər  sistemində önəmli aktorlardan birinə çevrilmişdir.

Altun Şeydayev,

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının Sədr müavini