Azərbaycan özünümüdafiə hüququndan istifadə edir - Aygün Attar

 10:12 13.09.2022     798

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin, Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"Ermənistan normallaşma müddətində təxribatlara əl atır, Azərbaycan sərhədi boyunca işğaldan azad edilmiş ərazilərə silahlı müdaxilələr həyata keçirir, Laçın dəhlizini minalayır", - A.Attar vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququndan istifadə edir.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.