Ermənistan parlamenti sərhəddəki vəziyyəti MÜZAKİRƏ EDİR

Ermənistan parlamentinin bu gün səhər öz işinə başlayan iclasında Azərbaycanla dövlət sərhədində baş verən hadisələr müzakirə olunur.
Redaktor.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, iclasda parlamentin spikeri Alen Simonyan çıxış edərək vəziyyət barədə danışıb.
Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin açıqlaması dinlənilib. Açıqlamada Ermənistan-Azərbaycan sərhədinin bəzi ərazilərində mövqe döyüşlərinin davam etdiyi bildirilib.
A.Simonyan deyib ki, sərhəddəki vəziyyətlə əlaqədar müxalif “Hayastan” blokunun təmsil edən deputatlar boykotu dayandıraraq parlamentə qayıdıblar.
Spiker bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki mövcud vəziyyətlə əlaqədar saat 11:00-da parlamentə gələcək. Baş nazirin çıxış edəcəyi gözlənilir.