"Putin Daşkənddə İlham Əliyevlə Paşinyanın görüşünü təşkil etməyə çalışacaq"

 15:55 13.09.2022     222

“Özbəkistanın paytaxtı Daşkənddə iki gündən sonra Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərinin görüşü başlayacaq. İki gün çəkəcək toplantıda qonaq qismində Azərbaycan və Türkiyə prezidentləri, o cümlədən Ermənistanın baş naziri dəvətlidir”.

Redaktor.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyə maraq göstərirlər.

“Rusiya prezidenti Vladimir Putin sərhəddə artan gərginlik fonunda Daşkəndə özünün iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təşkil etməyə çalışacaq. Belə bir görüş olsa belə hansısa sənədin qəbulu problematikdir. Çünki nə kommunikasiya xətlərinin açılması, nə sərhədlərin müəyyənləşməsi ilə bağlı sənədlər hazırdır, nə də sülh sazişinin mətni üzərində iş gedir”,- deyə məlumatda qeyd edilib.

Nərmin VÜQARQIZI