Prezident və Paşinyan eyni tədbirə qatılacaq

Sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.
Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təşkilata üzv olan bütün ölkələr sammitdə iştirak edəcək.
Bundan əlavə, müşahidəçi dövlətlərin - Belarus, İran və Monqolustan prezidentləri də tədbirə qatılacaqlar.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyə liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə fəxri qonaq qismində gəlməsi gözlənilir.