Paşinyan deputatları qapalı görüşə ÇAĞIRDI

 15:08 14.09.2022     458

Ermənistanin baş naziri Nikol Paşinyan parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə qapalı görüşə hazırlaşır.

Redaktor.az “Hraparak”a istinadən xəbər verir ki, görüşün saat 16:00-da başlayacağı gözlənilir.

Toplantıda ölkədəki vəziyyət, Azərbaycanla sərhəddəki durum müzakirə ediləcək.

Saat 16:30-da isə parlamentdə hökumətlə sual-cavab sessiyası planlaşdırılır.